Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələri – SİYAHI

Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələri – SİYAHI
20:33 26 Aprel 2019
95 Ölkə
Ölkə mətbuatı
A- A+

2018-ci ildə dünyada ən xoşbəxt ölkələrin siyahısına Latın Amerikası ölkələri başçılıq edib. Afrikada yerləşən Çad isə ən bədbəxt ölkə olub.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu, ABŞ-ın “Gallup” araşdırma şirkətinin keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğu dünyanın 143 ölkəsində aparılıb. Suallar respondentlərin gün ərzində keçirdikləri müsbət və mənfi emosiyalarla bağlı olub.

Beləliklə, Paraqvay və Panama dünyanın iki ən xoşbəxt ölkəsi olub. Onlar 85 bal toplayıb. Onlardan sonra Qvatemala və Meksika (84 bal), El-Salvador (83) gəlir. Siyahıda ilk qeyri-Latın Amerikası ölkəsi İndoneziyadır. O, altıncı yerdə qərarlaşıb.

Ən qeyri-xoşbəxt, və ya bədbəxt ölkə Çad olub – mənfi miqyasda 54 bal. Niger və Sierra-Leone 50 bal alıb. Onları iki Yaxın Şərq ölkəsi – İraq (49) və İran (48) təqib edir.

“Gallup”un tədqiqatçıları mənfi faktorlar arasında stresi, narahatlığı, fiziki ağrını, kədər və qəzəbi əsas götürüblər. Planetin sakinlərinin təxminən 40%-i sorğudan bir gün əvvəl nədənsə narahat olduqlarını, 35%-i isə stress yaşadığını bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/276899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR