Xalq artisti Səməd Səmədov həmkarı Ağadadaş Ağayevlə bağlı gözlənilməz etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Söhbət var" verilişinin qonağı olan müğənni A.Ağayevi paxıllıqda və şər atmaqda ittiham edib:

"Vaxt var idi mənim o qədər toyum olurdu ki... Hamıdan çox məndə toy olurdu. Ağadadaş bilmirdi nə etsin. Axırda xəbər yaydı ki, Səməd aparan toyda bəy və gəlinin qızı, mənim apardığım məclisdə isə oğlu olur. Onunla mənim toylarımı almaq istəyirdi. Amma bilmirdi ki, hər dəfə adımı çəkəndə məni reklam edirdi".

Milli.Az