"Mançester Yunayted"in sabiq kapitanı Qari Nevill İngiltərə Premyer Liqasının son turunda "Haddersfild"lə 1:1 hesablı heç-heçədən sonra komandanı tənqid edib.
Metbuat.az-ın "Sky Sports" nəşrinə istinadən yaydığı xəbərə görə, veteran müdafiəçi elitanı tərk edəcəyi dəqiqləşən autsayderin "qırmızı şeytanlar"dan daha yaxşı təsir bağışladığını bildirib:
"Haddersfild" bütün mövsüm ərzində problem yaşayıb. Onların oyunlarına baxmısınız, sadəcə, səviyyələri kifayət qədər yüksək deyil. Ancaq açığı, rəqibin oyununu daha çox bəyəndim. Hazırkı "Mançester"də heç nə xoşuma gəlmir. Bu, sadəcə, dəhşətdir".
Q. Nevill hazırkı "Mançester Yunayted"in komanda olmadığını söyləyib: "Məşqçi istəyir ki, komanda onun xoşuna gəlsin. Sulşerə baxıram, təsəvvür edə bilmirəm ki, o, vəziyyətdən məmnundur. Ümumiyyətlə, bu, komanda deyil. Hazırkı durum mənə "Tottenhem"i xatırladır. Poçettino komandanın sükanı arxasına keçdikdən sonra Kabul, Adebayor, Kapu kimi ruhsuz futbolçuları göndərdi. O, komandanı kərpic-kərpic qurmağa başladı. Ole də eynisini etməlidir. Klub üçün təcrübəli idman direktoru tapmaq əla olardı. O, baş məşqçiyə kömək edərdi".
Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Nevill 1992-2011-ci illərdə mankunyanların formasını geyinib.
"Hazırkı "Mançester" komanda deyil" -
Həmçinin oxu
Günün futbol qrafiki
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Göyçay sakini özünə xəsarət yetirdi - Vəziyyəti ağırdır
"Qarabağ" - "Neftçi" matçından sonra nə baş verib? - VİDEO
Trampdan benzinin qiyməti ilə bağlı AÇIQLAMA
Hikmət Hacıyev alman və azərbaycanlıların birgəyaşayış tarixindən bəhs edən filmi paylaşdı
“Qarabağ” - “Neftçi” oyunundakı insidentə görə 19 nəfər saxlanıldı
Layihələr
Son xəbərlər
AQEM-in Bakı zirvəsi: Siyasi nüfuzdan iqtisadi nəticələrə doğru - ŞƏRH
Bu gün
·
10:48
Bu 3 bürcün həyatında yeni dövr başlayır
Bu gün
·
10:45
Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı
Bu gün
·
10:15
50 yaşlı kişi faciəvi şəkildə öldü - FOTO
Bu gün
·
09:50
Rusiyaya qarşı sanksiyalarla bağlı qərar dünyaya fayda verəcək - Tramp
Bu gün
·
09:50
Günün futbol qrafiki
Bu gün
·
09:30
Xırdalanda obyekt yandı
Bu gün
·
09:15
XİN-dən Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik
Bu gün
·
09:08
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi əbədi olsun
Bu gün
·
09:02
Bu günün havası
Bu gün
·
07:00
Fiko: Avropada sülhə yönəlmiş heç bir təşəbbüs yoxdur
Bu gün
·
01:25
Fransada etirazların mənzərəsi belə görünür - FOTOLAR
Bu gün
·
00:45
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün
·
00:30
“Qarabağ” - “Neftçi” oyunundakı insidentə görə 19 nəfər saxlanıldı
Bu gün
·
00:13
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün
·
00:00