Qodin "Atletiko"dan

"Atletiko"nun futbolçusu Dieqo Qodin bu mövsümün sonu Madrid klubunu tərk edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.

33 yaşlı müdafiəçi qərarını açıqlayan zaman göz yaşlarını saxlaya bilməyib: "Bura mənim ailəm, klubum və evimdir. Əlvida, demək çox çətindir. "Atletiko"da möhtəşəm vaxt keçirdim. Qalmağımla bağlı görüşlərimiz oldu, amma razılığa gələ bilmədik. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, 2010-ci ildən Madrid təmsilçisində oynayan Qodinin "İnter"ə keçəcəyi gözlənilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR