Yaşayış binasında başlayan yanğın nəticəsində bir ailənin 6 üzvü ölüb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, ölənlərdən 4-ü uşaqdır. Hadisə səhər saatlarında Nyu-Yorkun Harlem səmtindəki 7 mərtəbəli binada baş verib.

Şahidlərin dediyinə görə, onları yanan mənzillərdən xilas etmək mümkün olmayıb.

Yanğında iki azyaşlı qız, iki azyaşlı oğlan və bir kişi ilə, bir qadın həlak olub. Yanğınsöndürənlər 2 saat sonra yanğını söndürə biliblər.

Milli.Az yanğınla bağlı sosial şəbəkələrdə yayılan video və fotoları təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az