Mourinyo "Yüz ilin məşqçisi" seçildi

Mourinyo "Yüz ilin məşqçisi" seçildi
15:17 15 Yanvar 2015
135 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin baş məşqşisi Joze Mourinyo ölkəsində mükafatlandırılıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Portuqaliya Futbol Federasiyasının 100 illiyi münasibəti ilə keçirilən tədbirdə ölkəsinin futbol tarixinin ən yaxşı məşqçisi seçilib.
 
"Yüz ilin məşqçisi" mükafatına layiq görülən J.Mourinyo bildirib ki, məşqçi karyerası ərzində önəmli uğurlarını "Portu" ilə qazanıb: "Mənim ən böyük uğurum "Portu" ilə Çempionlar Liqasının kubokunu qazanmağımız olub. Çünki öz ölkəmin komandasında işləyirdim. Həmin vaxt Çempionlar Liqası üçün heyətimizdə doqquz portuqaliyalı futbolçu var idi. Bu gün də Portuqaliya klublarında yerli futbolçuların daha çox olmasını istəyirəm".
 
Xatırladaq ki, Portuqaliya futbol tarixinin ən yaxşı futbolçusu isə Kriştianu Ronaldu seçilib.
 
Qeyd edək ki, tədbirdə FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini də iştirak edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR