Rusiyanın "Lokomotiv" klubunun baş məşqçisi istefa verib

Rusiyanın "Lokomotiv" klubunun baş məşqçisi istefa verib
15:37 11 May 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Rusiyanın "Lokomotiv" futbol komandasının baş məşqçisi Miodraq Bojoviç tutduğu vəzifədən istefa verib. "Report"un məlumatına görə, çernoqoriyalı mütəxəssis heç bir kompensasiya istəmədən "dəmiryolçular"la müqaviləsini pozub. 
Mövsümün qalan oyunlarına komandanı onun köməkçisi İqor Çerevçenko hazırlayacaq. Baş məşqçi postuna əsas namizədlər isə "Kuban"ın sabiq baş məşqçisi, ötən ilin yayında adı Azərbaycanın "Qəbələ" klubu ilə birgə hallanmış Viktor Qonçarenko ilə hazırda "Rostov"un sükanı arxasında olan Kurban Berdıyevdir. 
Qeyd edək ki, Rusiya Premyer Liqasında finişə 3 tur qalmış "Lokomotiv" 39 xalla 7-ci yeri tutur. Miodraq Bojoviçin rəhbərliyi altında "Lokomotiv" ölkə kubokunun finalına çıxıb. Rəqib isə "Kuban" olacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/rusiyanin-lokomotiv-klubu-bas-mesqcisi-istefa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR