Nepalın paytaxt hava limanı yeni zəlzələ ilə əlaqədar bağlanıb

Nepalın paytaxt hava limanı yeni zəlzələ ilə əlaqədar bağlanıb
15:57 12 May 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Katmandu hava limanı Nepaldakı yeni zəlzələ ilə əlaqədar bağlanıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Hazırda aeroportdan uçuşlar həyata keçirilmir, uçuşu gözləyən sərnişinlər küçələrdə qalıb. Aeroport işini nə zaman bərpa edəcəyi haqqında məlumat verilmir. 
Paytaxt sakinləri evlərini tərk edib, dövlət müəssisələri və bir sıra səfirliklərdən insanlar təxliyə olunub. 
Bu gün Nepalda 4 yeraltı təkan qeydə alınıb. Məlumatlara görə, ən güclü təkanların maqnitudasl 7,3 bal təşkil edib. Zəlzələnin episentri Katmandudan 76 km şərqdə yeləşib. Yarım saat ərzində bu regionda 5,6, 5,4 və 6,3 ball gücündə daha 3 zəlzələ qeydə alınıb. 
Xatırladaq ki, aprelin 25-də ölkədə dağıdıcı zəlzələ baş verib, nəticədə 8 mindən artıq insan həlak olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/nepalin-paytaxt-hava-limani-yeni-zelzele-ile-elaqedar-baglanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR