ABŞ helikopteri yoxa çıxdı

ABŞ helikopteri yoxa çıxdı
03:26 13 May 2015
52 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus hərbi helikkopterlərdən biri yoxa çıxıb.

ANS PRESS-in məlumatına görə, ABŞ müdafiə nazirliyi Pentaqondan verilən açıqlamada Nepaldakı zəlzələdən sonra zərərçəkənlərə yardım məqsədilə bölgəyə göndərilən helikopterlərinin yoxa çıxdığı bildirilir.

UHY-1Y helikopterinin Çarikot şəhəri yaxınlığında siqnalının kəsildiyi yazılı açıqlamada qeyd edilir.

Heç bir iz buraxmadan yoxa çıxan helikopterin içərisində 6 amerikalı və iki nepallı əsgərin olduğu, hazırda isə helikopteri tapmaq üçün Nepal ordusunun axtarış əməliyyatlarına başladığı vurğulanır.

Qeyd edək ki, ötən gün Nepalda bir neçə güclü zəlzələ meydana gəlib ki, onlardan ən dağıdıcı təsirə malik olanın maqnitudası 7.3 bal təşkil edib. Zəlzələnin episentri paytaxt Katmandudan 83 km şərqdə 18,5 km dərinlikdə qeydə alınıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=344065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR