BNA-dan millət vəkilinə SƏRT CAVAB: "Nümunə ola bilərdi"

BNA-dan millət vəkilinə SƏRT CAVAB: "Nümunə ola bilərdi"
18:28 30 Sentyabr 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

"Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Millət vəkili Tahir Kərimli çox gözəl bilir ki, inzibati tənbeh vermə haqqında qərar Mərkəzi İnformasiya Sisteminin məlumatları əsasında tərtib edilir".

Publika.az xəbər verir ki, bu sözləri BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, vəfat etmiş şəxsin nəqliyyat vasitəsini idarə edən sürücü avtomobilin müvafiq qaydada rəsmiləşdirməni icra etməlidir ki, belə hallar yaşanmasın: "Məsələnin BNA-nın səhfi kimi Parlamentin plenar iclasında səsləndirilməsi təəccüb doğrur.

Millət vəkilinin sədri olduğu partiyanın qərargahı qarşısında nəqliyyat vasitəsini saxlaya bilməməsinə gəlincə bildirim ki, ərazidə dayanma və durmanı qadağan edən nişan varsa statusundan aslı olmayaraq hamı bu tələbə əməl etməlidir. Digər bir yandan partiya qərargahından piyada 10 dəqiqəlik
məsafədə Qış parkı avtomobil dayanacağı yerləşir.

Düşünürəm ki, Tahir müəllim nəqliyyat vasitəsini dayanacaqda park edib partiya qərargahına piyada getməklə digər vətəndaşlara da çox gözəl nümunə ola bilərdi.

Cərimələrdən faiz tutulmasına da aydınlıq gətirərək bildirim ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrə görə ödənilən vəsaitlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət büdcəsinə daxil olur. BNA əməkdaşlarının əmək haqları cərimələrdən formalaşmır".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/291742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR