23:11

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyunu başlayıb.

"Jozi Bartel" stadionunda təşkil olunacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Xayme Romero, Zubir və Maqaye Qeye yer alıblar.

"Düdelanj"ın heyətində isə meydana Conatan Juber, Tom Şnell, Mario Pokar, Daniel Sinani, Dominik Stols, Thibaut Lesquoy, Mikael Qaros, Antoine Bernye, Məhəmməd Buçuari, Sabir Bouqrine və Loren Mendi çıxacaqlar.

Qarşılaşma şotlandiyalı hakimlər briqadasına tapşırılıb. Görüşün əsas referisi Con Bitondur. Ona həmyerliləri Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Norveçli Yon Eylif Skyervold matçın hakim-inspektoru, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi olacaq.

A qrupunda yer alan ağdamlıların digər rəqibləri Kiprin APOEL və İspaniyanın "Sevilya" komandaları üz-üzə gələcək.

İlk turdan sonra turnir cədvəlinə aktivlərində 3 xal olan "Düdelanj" və "Sevilya" klubları başçılıq edir. Sıfır xalları olan "Qarabağ" və APOEL üçüncü və dördüncü yerləri bölüşürlər. İlk turda "Qarabağ" öz meydanında "Sevilya"ya (3:0) məğlub olub. "Düdelanj" isə səfərdə APOEL-dən güclü olub (4:3).

A qrupu

23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 0:0 (Birinci hissə)
Hakimlər:
Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. "Jozi Bartel" stadionu.

23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr) - 0:0 (Birinci hissə)

1.

Sevilya

1

1

0

0

3:0

3

2.

Düdelanj

1

1

0

0

4:3

3

3.

APOEL

1

0

0

1

3:4

0

4.

Qarabağ

1

0

0

1

0:3

0

21:56

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda saat 23:00-da başlayacaq "Düdelanj" - "Qarabağ" oyunu üçün heyətlər açıqlanıb.

Milli.Az UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

"Düdelanj":1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Stols, 16. Thibaut Lesquoy 20. Mikael Qaros, 22. Antoine Bernye, 34. Məhəmməd Buçuari, 77. Sabir Bouqrine 98. Loren Mendi.

Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kuls, 13. Omar Natami, 23. Rayan Klapp, 24. Mehdi Kirç, 27. Adel Bettayeb, 28. Çarles Morren;

"Qarabağ": 1. Asmir Beqoviç, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 8. Miçel, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 10. Dani Kintana, 11. Mahir Emreli


Ehtiyat oyunçular: 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Geye.

Milli.Az