Nigeriya millisinin sabiq futbolçusu İsak Promise dünyasını dəyişib.
Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun infarktdan öldüyü bildirilir.
Qeyd edək ki, Promise əsasən Türkiyə klublarında - "Gənclər birliyi", "Trabzonspor", "Antalyaspor", "Manisaspor"da çıxış edib. Onun son klubu ABŞ 2-ci liqa təmsilçisi "Austin Bold" olub.
Milli.Az