Goranboyda qadını ata bağlayaraq döyən barədə -

Goranboyda qadını ata bağlayaraq döyən şəxs məsuliyyətə cəlb edilib.

Metbuat.az bildirir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov deyib. Onun sözlərinə görə, Goranboy rayonu Əlirzalı kəndində yaşayan Ələkbərova Sahilə Məhazir qızı Goranboy RPŞ-ə ərizə ilə müraciət edərək bildirib ki, həmkəndlisi tərəfindən döyülüb:

“Müraciətlə bağlı araşdırma başlanılıb. Məlum olub ki, S.Ələkbrova ilə həmkəndliləri - Dəmirov Ariz Knyaz oğlu, Dəmirova Filduz Əli qızı və Dəmirova Fəridə Knyaz qızı arasında şəxsi münaqişə baş verib. Bu zaman onlar S.Ələkbərovanı vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetiriblər. Bununla bağlı cinayət məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb”. “Ariz Dəmirov cinayət məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub. Lakin onun fiziki və psixiki səhhətinin yerində olmamasına görə o, polisin nəzarətinə verilib. Qeyd edim ki, S.Ələkbərovanın ata bağlanaraq sürüdülməsi faktı düzgün deyil”, - deyə E.Qasımov qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Goranboyda qadın həmyerliləri tərəfindən ata bağlanaraq döyülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR