AFFA Finlandiya və İrlandiya ilə anlaşdı

AFFA Finlandiya və İrlandiya ilə anlaşdı
15:42 16 Yanvar 2015
109 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq. Fanat.az xəbər verir ki, millimiz Finlandiya və İrlandiyaya səfər edəcək.

Yığmamız fevralın 16-dan 22-dək Finlandiyanın Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək. 

Təlim-məşq toplanışları ərzində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə qarşılaşacaqlar.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-finlandiya-v-rlandiya-il-anlad-t17513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR