“Şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur" -

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aktyor və tele-aparıcı Sərxan Kərəmoğlu olub

Metbuat.az bildirir ki, qonaq qalmaqallı fikirlər səsləndirib.

Aparıcı həmkarlarının kişilikdən danışmağa ixtiyarlarının olmadığını deyib:

“Hara gedirlər başlayırlar xalqa kişilikdən danışmağa. Biz kimik ki?! Ən mənasız işi biz görürük. Belə adamın kişilik dərsi keçməyi ayıbdır. Qeyrətsiz qeyrətdən, imansız imandan, kişiyi olmayan da kişilikdən danışır. Bizə pul verib, məni əyləndir deyən, insanlara şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı