İspaniya polisi futbolçuların evlərini qarət edən bandanı zərərsizləşdirib.
Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində 4 nəfər həbs edilib.
Polis əməliyyatı Madriddə və Toledoda aparıb. Həbs olunanlardan biri 2007-ci ildə zorakılığa görə ittiham olunub. Banda üzvləri "Real" və "Atletiko"nun futbolçuları - Kazemiro, İsko, Moratanın mənzillərini qarət ediblər.
Onların əməllərindən "Real"ın baş məşqçisi Zinəddin Zidan da zərər çəkib. Banda "Atletiko"nun futbolçusu Tomasın mənzilini iki dəfə qarət edib.
Milli.Az