Azərbaycan millisi Finlandiya və İrlandiya ilə qarşılaşacaq

16:12 16 Yanvar 2015
63 İdman
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 16:09 ]


Bakı – APA. Avropa çempionatının elit-raundunda iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplantılarının yeri və vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimiz elit-raund öncəsi ardıcıl iki müxtəlif ölkədə hazırlıq keçəcək.

 

Komandamız fevralın 16-dan 22-dək Finlandiyanın Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində toplanışda olacaq.

 

Təlim-məşq toplantıları ərzində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə qarşılaşacaqlar.

 

Toplanışda iştirak edəcək futbolçuların siyahısı hələ bəlli deyil.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR