"Keçən görüşlərdən fərli olaraq siyasi partiya sədrlərinin razılığı ilə görüşün gündəliyinə cari məsələri də daxil etdik. Təkcə müzakirəyə çıxarılanan məsələr yox, siyasi partiya sədrlərinin və onların siyasi tərəfdarlarını narahat edən məsələri müzakirə etmək gündəliyə daxil olundu. Xüsusən siyasi partiya sədrləri bir qrup məhbusun azad olması ilə bağlı Prezidentə müraciət etdilər. Bundan başqa Partiyaların maddi təminat, qərərargah məsələləri, bank kreditləri ilə bağlı və digər sosial məsələlər müzakirə edildi". “Report” un məlumatına görə bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün iqtidar və müxalifət nümayəndələrinin görüşünün yekunlarını şərh edrəkən jurnalistlərə bildirib.
O həmçinin qeyd edib ki, Yay Avropa Oyunları Azərbaycan xalqına lazımdır: Bu imkan verir ki, Azərbaycan özünün mədəniyyətini milli dəyələrini icitima siyasi vəziyyətini dünyaya çatdırsın.
Xatırladaq ki, görüşdə iqtidar tərəfdən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abdullayev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Sosial Rifah Patiyasının sədri Xanhüseyn Kazımlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Aydınlar Partiyasının sədri Qulam Hüseyn Əlibəyli iştirak edib.