Səudiyyə Ərəbistanı ABŞ komandanlığı altında hərbi təlimlərdə iştirak edəcək

Səudiyyə Ərəbistanı ABŞ komandanlığı altında hərbi təlimlərdə iştirak edəcək
08:57 25 Oktyabr 2019
35 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri ABŞ-ın komandanlığı altında keçiriləcək ən böyük miqyaslı beynəlxalq hərbi təlimlərdə iştirak edəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilir: "Səudiyyə Ərəbistanı Kral Hərbi Dəniz Qüvvələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı tərəfindən 56 ölkənin və 6 beynəlxalq təşkilatın iştirakı ilə Fars körfəzinin şimalında, Oman körfəzində, Ərəb dənizində, Cibuti sahillərində və Aqaba körfəzində oktyabrın 25-dən noyabrın 15-dək təşkil edilən dünyanın ən böyük miqyaslı "IMX 19" beynəlxalq hərbi təlimlərində iştirak edəcək".

Nazirlikdən qeyd ediblər ki, təlimlərin məqsədi naviqasiya azadlığına təhlükə yaradan təhdidləri aradan qaldırmaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/796918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR