2020-ci ildə Azərbaycanda tam üzən məzənnə rejiminə keçid ehtimalı azdır.
Metbuat.az bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
O qeyd edib ki, bu rejimə keçid 2020-ci ildə planlaşdırılırdı, amma hazırda bu ehtimal azdır.
Onun sözlərinə görə, tam üzən məzənnə rejiminə keçid inflyasiyanın hədəflənməsinə keçiddən asılıdır.
E.Rüstəmov əlavə edib ki, bu gün neft ixrac edən 30 ölkədən 27-i sabit məzənnə rejimindədir