Gəncədə beşmərtəbəli binada yanğın oldu - Təxliyə aparıldı

Gəncədə beşmərtəbəli binada yanğın oldu - Təxliyə aparıldı
10:01 26 Oktyabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Trend-ə FHN-dən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konsturuksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3139386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR