Gəncədə beşmərtəbəli binada yanğın oldu -

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Metbuat.az-a FHN-dən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konsturuksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR