Füzuli rayonunun Bala Bəhmənli kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.