"Bir gün gəlməsəm bil ki, dünyada yoxam" - Zöhrə Abdullayevadan TƏSİRLİ SÖZLƏR - FOTO

"Bir gün gəlməsəm bil ki, dünyada yoxam" - Zöhrə Abdullayevadan TƏSİRLİ SÖZLƏR - FOTO
15:37 1 Noyabr 2019
225 Şou
Ölkə mətbuatı
A- A+

30 oktyabr - ölüm günündə "5/5"də yad edilən mərhum sənətçi Məmmədbağır Bağırzadə ilə bağlı uzun illər onun duet ortağı olmuş Zöhrə Abdullayeva fikirlər səsləndirib.

Milli.Az xəbər verir ki, oğlunun ölümündən sonra efirlərdən uzaqlaşan xanım müğənni efirə telefonla qoşulub.

Zöhrə Abdullayeva mərhum duet ortağı barədə təsirləndirən ifadələr işlədib:

"Dahi bəstəkar, dahi şair, dahi xanəndə, dahi müğənni - Bu dördü də Məmmədbağırda var idi. İncəsənətdə dünyasını dəyişən sənətkarlar içində ən çox rəhmət aparan Məmmədbağırdır. Mən onun hər il məzarına gedirəm, yad edirəm. Mənim qardaşım olub, sirdaşım olub, dostum olub, ağzımın çörəyi, duzu olub. Mən onu itirmərəm. Mənim sonuncu müəllimim də Məmmədbağır olub. Mən hər zaman Məmmədbağırın məzarına gedirəm. Ona məzarında deyirəm ki, "Mən gələcəm, yad eləyəcəm səni. Bir gün gəlməsəm bil ki, dünyada yoxam". 10 il onunla bir yerdə işlədik".

Aparıcı Zaur Kamal xanım sənətçiyə efir vasitəsi ilə "Təzə eşitdim ki, Nazpəri xanıma mahnılar həsr edibmiş" müraciəti edib. Zöhrə xanım həqiqəti etiraf edib:

"Elmişdi, bəli. Yalan danışa bilmirəm. Biri "Yadıma düşər gözlərin".

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/798903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR