"Neftçi" və "Qarabağ" heç-heçəyə razılaşdı

"Neftçi" və "Qarabağ" heç-heçəyə razılaşdı
22:12 1 Noyabr 2019
111 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, açılış oyununda lider "Qarabağ" ikinci sırada yer alan "Neftçi"nin qonağı olub. 8-ci km stadionunda keçirilən görüşdə hesab açılmayıb.

Mövsümə yaxşı start verən "Keşlə" "Səbail"lə üz-üzə gələcək. "Zirə" "Sumqayıt"ı, "Qəbələ" isə "Sabah"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası, 10-cu tur

1 noyabr

Neftçi - Qarabağ 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
8-ci km stadionu, 20:00

Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 10. Dario Frederiko, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 3. Aylton Silva, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.

2 noyabr

Səbail - Keşlə
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: İlham Əliyev
"ASCO Arena", 16:00

3 noyabr

Zirə - Sumqayıt
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 15:00

Qəbələ - Sabah

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu, 17:00

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/799025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR