Futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir. Milli.Az matc.az-a istinadən bildirir ki, bazar günü daha üç görüş baş tutub.
Dörd qolun qeydə alındığı "Kasımpaşa" - "Yeni Malatyaspor" matçında qalib müəyyənləşməyib. "Dənizlispor" doğma meydanda "Sivasspor"a məğlub olub.
"Fənərbağça" bu turda "Kayserispor" səfərinə yollanıb. İstanbul təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb.
Türkiyə Super Liqası
10-cu tur
1 noyabr
Qalatasaray - Rizəspor 2:0
Qol: Talbi, 15-öz qapısına. Babel, 18.
2 noyabr
Konyaspor - Gənclərbirliyi 1:1
Qol: Miya, 37 - Y.Pehlivan, 90+3.
Alanyaspor - Başakşəhər 0:0
Trabzonspor - Göztəpə 0:1
Qol: Jerome, 31.
Antalyaspor - Beşiktaş 1:2
Qol: Mukairu, 52 - Vida, 9. Dyabi, 11.
3 noyabr
Dənizlispor - Sivasspor 0:2
Qol: H.Arslan, 40. Kone, 90.
Kasımpaşa - Yeni Malatyaspor 2:2
Qol: Koita, 13. Xalili, 90+3 - Yahoviç, 61. V.Sarı, 68-öz qapısına.
Kayserispor - Fənərbağça 1:0
Qol: U.Bulut, 58.
4 noyabr
21:00 Ankaragücü - Qaziantep
Milli.Az