2002-ci il təvəllüdlü yeniyetməyə bıçaqla hədə-qorxu gələrək, ondan 200 manat aldı

2002-ci il təvəllüdlü yeniyetməyə bıçaqla hədə-qorxu gələrək, ondan 200 manat aldı
21:05 6 Noyabr 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Səbail rayonu, 9-cu Polis Bölməsinin əməkdaşlarının noyabrın 5-də keçirildiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yetkinlik yaşına çatmayan şəxsə hücum etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Milli.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayət noyabrın 2-də saat 12:30 radələrində İçərişəhərdə Müslüm Maqomayev küçəsində törədilib.

Naməlum şəxs 2002-ci il təvəllüdlü Cavanşir Rüstəmbəyliyə bıçaqla hədə-qorxu gələrək, ondan 200 manat alıb.

Məlum olub ki, yaxalanan şəxs 1997-ci il təvəllüdlü Orxan Tağıyev bundan əvvəl narkotik maddə saxladığına görə həbsdə olub.

Faktla bağlı cinayət işi açılıb. İstintaq davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/800254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR