"Qarabağ" APOEL-ə qarşı

"Qarabağ" APOEL-ə qarşı
09:47 7 Noyabr 2019
141 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Kipr səfərində APOEL-lə qarşılaşacaq.

Qrupda 4 xalla 2-ci olan "Qarabağ" səfərdə qalib gəlsə, növbəti mərhələyə vəsiqə üçün böyük addım atmış olacaq. Bir xalla qrup sonuncusu olan Nikosiya təmsilçisinə də qələbə çox vacibdir. Bu baxımdan "Qarabağ"ı asan oyun gözləmədiyini demək olar.

Bu, "Qarabağ"ın APOEL-lə  mövsümdə 4-cü oyunu olacaq. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn  Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, bu gün A qrupunun digər oyununda "Sevilya" (İspaniya) səfərdə "Düdelanj"la (Lüksemburq) qarşılaşacaq.

7 noyabr

Avropa Liqası

A qrupu
 

21:55. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu

21:55. "Düdelanj" (Lüksemburq) - "Sevilya" (İspaniya)
 

1.

Sevilya

 

3

3

0

0

7:0

9

2.

Qarabağ

3

1

1

1

6:6

4

3.

Düdelanj

3

1

0

2

5:10

3

4.

APOEL

3

0

1

2

5:7

1

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/800353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR