Lima qrupuna daxil olan ölkələrin növbəti iclası noyabr ayının 8-də keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş Brazilya şəhərində keçiriləcək. Əsas müzakirə mövzusu Venesueladakı siyasi böhran olacaq.

Lima qrupu 8 Avqust 2017-ci ildə Perunun paytaxtında quruldu, buraya 12 ölkə daxildir: Argentina, Braziliya, Qvatemala, Honduras, Kanada, Kolumbiya, Kosta Rika, Meksika, Panama, Paraqvay, Peru və Çili.

Milli.Az