AFFA Finlandiya və İrlandiya ilə anlaşdı

AFFA Finlandiya və İrlandiya ilə anlaşdı
19:06 16 Yanvar 2015
121 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq.

ANS PRESS-in məlumatına görə, millimiz Finlandiya və İrlandiyaya səfər edəcək.

Yığmamız fevralın 16-dan 22-dək Finlandiyanın Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.

Təlim-məşq toplanışları ərzində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə qarşılaşacaqlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR