"Dözmədim sənsizliyə" deyən Nazpəri Dostəliyeva bu dəfə həkimlə DUET OXUDU - VİDEO

"Dözmədim sənsizliyə" deyən Nazpəri Dostəliyeva bu dəfə həkimlə DUET OXUDU - VİDEO
17:08 22 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nazpəri Dostəliyeva musiqisi Nailə Mirməmmədliyə, sözləri Eltəkin Səfərəliyevə aid olan "Dözmədim sənsizliyə" adlı duetinə klip çəkdirib.

Publika.az xəbər verir ki, müğənninin duet ortağı ixtisasca həkim-stomatoloq Eltəkin Səfərəliyevdir. Dostəliyeva bildirib ki, duet ortağının müğənni olmaq iddiası yoxdur:

"Mahnının sözlərini gənc həkim yazıb. Dinlədikdən sonra qərar verdim ki, duet tələb olunur. Duet ortaqlığını da müəllifin özünə təklif etdim. Onun daxili musiqi ilə zəngindir. Düşündüm ki, bu mahnını məşhur bir həmkarımla oxusam, hamı adi qarşılayacaq. Mən isə dinləyiciləri təəccübləndirməyə alışmışam. Odur ki, bu duet daha böyük marağa səbəb olacaq. Mahnıda nə ərəb, türk, nə də hind notları var. Sırf Azərbaycan musiqisidir".

Foto: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/296929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR