Bakıda daha 6 tələbə zəhərləndi - Vəziyyətləri ağırdır

Bakıda daha 6 tələbə zəhərləndi - Vəziyyətləri ağırdır
08:38 26 Noyabr 2019
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər Universitetinin tələbələri zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Kliniki Tibbi Мərkəzin Toksikologiya şöbəsinə Təcili Tibbi yardım avtomobili ilə Xəzər Universitetinin 6 tələbəsini gətiriblər.

Onların dəm qazından zəhərləndiyi ehtimal edilir. Çağırış saat 4:47-də olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76 mənzil 28-də baş verib. Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımı tibbi yardım göstərilib. Hal-hazırda müalicələri davam edir.

Gülxar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/297232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR