Bərdədə yanğın baş verib.

Metbuat.az-a FHN-dən verilən məlumata görə, dördmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın döşəməsi 6 m² sahədə yanıb.

Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.