İstanbulda üç mərtəbəli binada yanğın baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, toxuculuq istehsalı ilə məşğul olunan binanın üst qatında yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürən briqadaları, polis əməkdaşları və təcili yardım maşınları göndərilib. Tüstüdən boğulan 5 nəfər təxliyə edilib və xəstəxanalara yerləşdirilib.
Zərərçəkənlərdən birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Milli.Az