"Qarabağ" İspaniya səfərində

"Qarabağ" İspaniya səfərində
10:17 28 Noyabr 2019
111 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Ağdam klubu İspaniya səfərində qrup lideri "Sevilya"nın qonağı olacaq.

Avroliqanın rekord sayda - 5 qat qalibi olan meydan sahibləri bu matçın aşkar favoritidir. Bakıda keçirilən ilk görüşdə də Əndəlüs təmsilçisi "Qarabağ"dan üstün olub - 3:0. Bununla belə, qrupdan çıxmaq şansının çətinə salan Qurban Qurbanovun komandası səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

Qrupun digər oyununda isə APOEL "Dedelanj"ın qonağı olacaq.

Qeyd edək ki, "Qarabağ" və APOEL-in 4 xalı olsa da, şəxsi oyunlardakı üstünlüyə görə Nikosiya təmsilçisi 2-ci, "Qarabağ" isə 3-cü pillədə yer alıb. Bu da o deməkdir ki, "Qarabağ" "Sevilya"ya uduzsa və APOEL Lüksemburq səfərində qalib gəlsə, təmsilçimiz qrupdan çıxmaq şansını itirəcək.

5-ci tur

A qrupu

00:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Məhəmməd Əl-Hakim
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu

00:00. "Düdelanj" (Lüksemburq) - APOEL (Kipr) 

1.

Sevilya

 

4

4

0

0

12:2

12

2.

APOEL

4

1

1

2

7:8

4

3.

Qarabağ

4

1

1

2

7:8

4

4.

Düdelanj

4

1

0

3

7:15

3

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/805893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR