"Qarabağ" bu göstəricidə Avroliqada 2-cidir

"Qarabağ" bu göstəricidə Avroliqada 2-cidir
17:17 29 Noyabr 2019
152 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" qitənin ikinci nüfuzlu klub turnirində ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır. Ağdam klubunun futbolçularına qarşı beş oyununda 82 dəfə qayda pozulub.

"Trabzonspor"un oyunçuları 84 dəfə kobudluğa məruz qalıblar. İlk üçlüyü Fransa "Renn"i (81) qapayır.

"Qarabağ"ın üzvləri 63 dəfə rəqib oyunçulara qarşı kobudluq ediblər. Komanda bu göstəricidə 30-cu sıradadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/806410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR