Türkiyə Superliqasında 13-cü tura start verilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, açılış oyununda "Yeni Malatyaspor" "Gənclərbirliyi"nin qonağı olub. Matç 3:3 hesabı ilə başa çatıb.
"Gənclərbirliyi" - "Yeni Malatyaspor" - 3:3
Qollar: Bifouma, 44 (0:1), Sio, 52 (1:1), Stanku, 76-pen (2:1), Yalçın, 85 (2:2), 88 (2:3), Berisbek, 90 (3:3)
Bu nəticədən sonra "Yeni Malatyaspor" 20 xalla 6-cı, "Gənclərbirliyi" 14 xala 11-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 24 xalla "Sivasspor" başçılıq edir. "Trabzonspor" 22 xalla 2-ci, "Başakşəhər" eyni xalla 3-cüdür.
Milli.Az