“Şər-böhtana öyrəşmişəm, Allah cavablarını versin”

“Şər-böhtana öyrəşmişəm, Allah cavablarını versin”
15:22 2 Dekabr 2019
145 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə müzakirələrə səbəb olan "şou adamından mənə gəlin olmaz" açıqlamasına aydınlıq gətirib.

Sənətçi qafqazinfo-ya açıqlamasında fikrinin yanlış anlaşıldığını, sözünü səsi olmayıb, ancaq şouları ilə gündəmdə qalan ifaçılara aid etdiyini vurğulayıb:

"Əlbəttə ki, media sözlərimi təhrif etdi. Mənə sual verdilər ki, sənət insanı gəlininiz ola bilərmi? Mən də cavab verdim ki, əsl sənət insanı gəlinim olsa, bununla fəxr edərəm. O qədər qızlarımız var ki... Rəssamlar, müğənnilər, pianoçular... Mənim kimi həqiqi musiqiçidirsə, onun ailəsi, həyat tərzi də həqiqi olacaq. Özüm sənətdə ola-ola niyə sənət insanını istəməyim? Elə bir şey ola bilər?

Mən heç vaxt konsertlərimdə sirk hərəkətləri göstərməmişəm. Belə şeylərdən zəhləm gedir, xoşum gəlmir. Oğlum kimə baxıbsa, sorğu-sual etmədən demişəm ki, elçi gedək? Onun özünün evlənmək fikri yoxdur, mən nə edə bilərəm? Mən şər-böhtana öyrəşmişəm. Həmişə arxamca iş görənlər olur, Allah onların cavabını versin".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/806970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR