Bakı. Trend:

Şamaxıda ikimərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Şəhriyar qəsəbəsində ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 300 m² olan zalın döşəməsi 20 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin