Nüfuzlu beynəlxalq təhsil statistikası açıqlandı: Azərbaycan siyahıda irəlləyib -

Yaxın günlərdə PİSA (Program for International Student Assessment - Şagird bacarıqlarının beynəlxalq qiymətləndirmə proqramı) 2018-ci il üçün olan statistikanı açıqladı. Təhsil sahəsindəki əsas statistikalardan olan bu proqram çərçivəsində Azərbaycan 10 il aradan sonra yenidən iştirak edib.

Metbuat.az xəbər verir ki, statistikanın detallarını şərh etmək üçün təhsil üzrə ekspert Telman Abdullayev saytımıza danışıb. Ekspert statistika ilə bağlı bunları qeyd edib:

"1997-ci ildən 3 ildən bir olmaqla 15 yaşlı məktəblilər arasında keçirilən beynəlxalq qiymətləndirmə proqramı olan PISA (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə proqramı) onların oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə aparılır. Olduqca mühüm hesab oluna bilən, ən əsası da data məlumatları şəffaf şəkildə açıqlandığından etibarlı qiymətləndirmə hesab olunur və bu platformadan təkcə müəllimlər arasında deyil, ölkə ictimaiyyətində və ölkə xaricində də danışılır".


Ekpert bildirib ki, əvvəlki illərdə hazırlanan statistikalara nisbətən bu dəfəki cədvəldə ölkəmiz nisbətən irəlləyib:

"1997-ci ildən başlayaraq keçirilən PİSA sınaqlarında iştirakçı ölkələrin sayı getdikcə artır. 2009-cu ildə PİSA beynəlxalq qiymətləndirməsində ölkəmiz oxuma üzrə 362, riyaziyyat üzrə 431 və təbiət elmləri üzrə 373 bal ortalaması ilə sadəcə Qırğızıstandan irəlidə olsa da, 2018-ci il üçün oxuma üzrə bacarıqlar 22 bal artaraq 389, riyaziyyat üzrə 11 bal gerilələyərək 420 və təbiət elmləri üzrə 25 bal irəlləyərək 398 bal ilə 79 ölkə içərisində 69-ci yerdə qərarlaşmışıq. Fikrimcə, məktəblərdə bir çox fənnlər tədris edilərkən xüsusi ilə təbiət ve ətraf mühit dərslərində yükü nəzəriyyədən praktikaya daşımalıyıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)