Formal oyun

Formal oyun
07:57 12 Dekabr 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Ağdam klubu cari mövsümdə son matçına çıxacaq.

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri Lüksemburq "Düdelanj"ı ilə görüşəcək. Sonuncu - VI turun qarşılaşması hər iki komanda üçün formal xarakter daşıyacaq.

1/16 finala yüksəlmək şansını ötən turdakı məğlubiyyətlə itirən komandalar əhəmiyyət kəsb etməyən 3-cü yer üçün vuruşacaq. "Qarabağ" mövqeyini qorumaq üçün uduzmamalıdır. Lakin tarixində ən münasib qrupda yer alan və 1/16 finala çıxmağa borclu olan, amma bunu bacarmamaqla azarkeşlərini üzən Ağdam klubu təsəlli üçün qalib gəlməlidir. Səfərdə rəqibini 4:1 hesabı ilə darmadağın edən çempionumuz autsayderi Bakıda da böyük hesabla yenə bilər. Bu matç yalnız klub və ölkə reytinqi baxımından əhəmiyyət daşıyacaq. 

Qeyd edək ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Düdelanj" oyunu saat 21:55-də başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi, VI tur
12 dekabr, A qrupu

21:55. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq)
Baş hakim: 
Kristo Tohver (Estoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

Sevilya

5

5

0

0

14-2

15

2

APOEL

5

2

1

2

9-8

7

3

Qarabağ

5

1

1

3

7-10

4

4

Düdelanj

5

1

0

4

7-17

3

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/809799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR