"Atletiko" qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi "Çelsi"nin futbolçusu Markos Alonsonu icarə əsasında komandaya qatmaq istəyir. 28 yaşlı müdafiəçi ilə yanvar ayında müqavilə imzalamaq planlaşdırılır.

Qeyd edək ki, Alonso 2016-cı ildən "Çelsi"nin formasını geyinir.

Milli.Az