Türk futbolçuya İspaniyadan sürpriz təklif

Türk futbolçuya İspaniyadan sürpriz təklif
13:18 18 Dekabr 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

Aldığı zədədən sonra heyətdə mövqeyini möhkəmləndirə bilməyən Cengiz Ünderə sürpriz təklif gəlib.

Publika.az
xəbər verir ki, İtaliyanın "Roma" klubunda çıxış edən türk futbolçunu İspaniya "Sevilya"sı heyətinə qatmaq üçün hərəkətə keçib.

Sevilyanın idman direktoru Roman Monçi, Cengiz Ünderi yeni komandasında görmək istəyir.

"Roma"nın baş məşqçisi Paulo Fonseka isə 22 yaşlı oyunçu barədə bu sözləri deyib: "Ondan daha yaxşı performans gözləyirəm, özünü inkişaf etdirməlidir”.

Qeyd edək ki, bu mövsüm 9 matçda 375 dəqiqə çıxış edən Cengiz Ünder, cəmi 1 qol vura bilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/299430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR