“İlhamə nə boyda şantajlar yazdırırdı, Allah da götürmədi...” - Nazpəri

“İlhamə nə boyda şantajlar yazdırırdı, Allah da götürmədi...” - Nazpəri
15:57 18 Dekabr 2019
171 Şou
Ölkə mətbuatı
A- A+

"Türkiyədə bütün verilişlərə çıxdım. Mehmet Ali Erbil 3 gün məndən xahiş etdi ki, verilişinə çıxım. Dedim siz şounu çox sevirsiniz, bizim müğənnilərimizi ələ salırsınız. Dedi ki, verilişimizə kim necə gəlir, onunla o cür rəftar edirik".

Milli.Az xəbər verir ki, bu sözləri kulis.az-a müsahibəsində Xalq artisti Nazpəri Dostəliyeva Türkiyədəki konsertindən bəhs edərkən deyib.

O, "İlhamə Quliyevanı bağışlayardınız" sualına isə belə cavab verib:

"Sağ olsaydı sözümü deyərdim. O dünyasını dəyişib. Bu gün mənim bircə sözüm var, Allah rəhmət eləsin. Amma nə boyda haqsızlıqlar yalanlar, şantajlar yazdırırdı ki, Allah da götürmədi...".

N.Dostəliyeva sənətçilər arasında birlik olmamağından şikayətlənib:

"Tək mənim deməyimlə düzələn deyil. Gərək səhnədə sənətdə sözünü deyən adamlar bir yerə yığılıb sözünü desin. Bu gün gənc müğənnilər var, baxmayaraq ki, sənətləri yoxdur, səhnədə, efirdə özlərini apara bilmirlər, hətta özlərindən yaşda və sənətdə böyük sənətkarlara söz də atırlar, təhqir də edirlər. Ona görə də mən ehtiyat edirəm. Çox qorxulu bir situasiya yaşayırıq".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/811445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR