"Brilliant Dadaşovanın yaş kompleksi var" - Namiq

"Brilliant Dadaşovanın yaş kompleksi var" - Namiq
15:52 24 Dekabr 2019
120 Şou
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Namiq Qaraçuxurlu "5/5" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqramda aparıcı Zaur Kamalın ad günü qeyd edilib. İfaçı aparıcıdan neçə yaşı olduğunu soruşub, o isə deməyib. Verilişə zəng edən Xalq artisti Brilliant Dadaşova da müzakirəyə qoşulub.

Namiq isə yaşın deyilməsinə qarşı olan müğənni və aparıcıya "Brilliant xanımın yaş kompleksi var. Biz rahat yaş soruşa bilərik. İlk dəfədir eşidirəm ki, deyirlər, bakılıdan yaş soruşmurlar" sözlərini deyib.

Qeyd edək ki, Dadaşovanın yaşı hər zaman müzakirə edilib. Bəzi mənbələrdə müğənninin təvəllüdü 1959, bəzilərində isə 1965-ci il göstərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/812998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR