Bakı. Trend:

Şəki şəhərinin Baş Göynük kəndində ümumi sahəsi 400 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın zirzəmisində taxta tullantıları 120 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin