Yeni il gecəsi Ankarada dördmərtəbəli yaşayış binasında yanğın olub.

Metbuat.az xəbər verir ki, Karapürçek məhəlləsində binada baş verən yanğın nəticəsində 4 nəfər ölüb.

Yanğın zamanı çoxlu sayda insan tüstüdən zəhərlənib.

Yanğının səbəbi araşdırılır.