2019-cu ildə dünyanın ən bahalı kurortlarının adları açıqlanıb

"Travel and Adventure" jurnalı 2019-cu ildə dünyanın ən bahalı kurortlarının reytinqini təqdim edib.

Metbuat.az bildirir ki, qiymət uçuş nəzərə alınmaqla, 1 səyyah üçün bir günlük göstərilib.

10. Freqat adası, Seyşel adaları - 800 dollar.

Reytinqimiz Hind okeanı sahillərində Seyşel adaları qrupuna daxil olan Freqat kurortu ilə açılır. Bura yalnız Maenin paytaxtından helikopterdə və ya yaxtada gəlmək olar. Ada gözəl çimərlikləri olan, vəhşi cəngəlliklərə gözəl mənzərə açılan şəxsi ərazidir.

"Fregate Island" turistlərə çoxsaylı əyləncələr, o cümlədən bütün ada boyu yerləşən saysız-hesabsız restoranlar, dənizlə maraqlanmayan turistlər üçün mənzərəli yerlərdə hovuzlar, müxtəlif çeşidli masaj xidmətləri göstərən spa-mərkəzlər və s. təklif edir. Seyşel adalarına beşgünlük putyovkanın qiyməti təqribən 4 min dollardır. Hər şey müştərinin istəyinə bağlıdır.

9. Havay adaları, ABŞ - 1200 dollar.

Amerikanın yaxınlığında, Sakit okeanda yerləşən Havay adaları barədə hamı eşidib. Ora getmək asan deyil. Məsələn, Bakıdan uçuş təqribən 20 saat çəkir.

Adaya gələn turistləri krallar kimi qarşılayırlar. Belə putyovkalara adətən yerli otellərin bütün xidmətləri daxildir. Havay adaları fəal istirahəti sevənlərə çoxlu sayda idman əyləncələri, sakitliyi sevənlərə isə okeana gözəl mənzərə açılan kimsəsiz çimərliklər təklif edir. Beşgünlük belə məzuniyyət minimum 6000 dollara başa gəlir.

8. San-Pedro, Beliz - 1400 dollar.

Reytinqdə səkkizinci yer Belizdə yerləşən, Karib dənizinin sularının yuduğu ən bahalı kurorta verilib. Kimsəsiz çimərlikləri olan bu adaların ərazisi şəxsi mülkiyyətdir.

Beşgünlük istirahət uçuş və yaşama xərcləri də daxil olmaqla, turistə 7 min dollara başa gəlir. Adanın qonaqlarının maksimum sayı 14 nəfərdir. Rahatlıq üçün qonaqlara bir neçə villadan birini seçmək təklif olunur, onlara fərdi köməkçi təhkim edilir. San-Pedro (Cayo Espanto) kurortunun daha bir unikal xüsusiyyəti var: istirahət edənlər gündə 10 000 dollar haqq müqabilində bütün adanı icarəyə götürə bilərlər.

8. Tısbağa adası, Fici - 1700 dollardan başlayan qiymətlər.

Ailəvi istirahət üçün ideal məkandır. Burada eyni vaxtda 14 adam dincələ bilər. Tısbağa adasına (Turtle Island) putyovkaya adadakı bütün əyləncələrin və yerli restoranlardakı yeməyin qiyməti daxildir. Kurort ekzotik balıq ovu təşkil etməklə də məşhurdur.

Adaya turistləri cəlb edən məqamlarından biri minimum 100 il yaşayan böyük tısbağalardır. Bu yerlərin təbiətinin gözəlliyini sözlə təsvir etmək mümkün deyil. Adada 6 gün yaşamaq 10000-15000 dollara başa gəlir.

6. Altamar, Anqilya - 5000 dollar.

San-Pedronun yaxınlığında, Karib dənizi hövzəsində istirahət üçün daha bir gözəl məkan yerləşir. Angilya adasında yerləşən Altamar kurortu İngiltərə ərazisinin bir hissəsidir. Bu kurort qüsursuz servisi və mətbəxi ilə seçilir.

Altamar şəhərin hay-küyündən və telefon söhbətlərindən yorulmuş insanlar üçün ideal yerdir. Kurortda 6 gün dincəlmək minimum 30 000 dollara başa gəlir. Doğrudur, burada istirahət etmək üçün iki həftədən başlayan vaxt bron edilməlidir. Bu da ən azı 100 000 dollar deməkdir.

5. Raniya, Maldiv adaları - 12 000 dollar. (Azərtac)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR