İspaniya superkubokunun ikinci finalçısı müəyyənləşib

İspaniya superkubokunun ikinci finalçısı müəyyənləşib
01:33 10 Yanvar 2020
93 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya Superkubokunun ikinci yarımfinal oyunu keçirilib.

Publika.az xəbər verir ki, ikinci oyunda “Barselona” və “Atletiko Madrid” komandaları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:2 hesab ilə qələbə qazanıb.

Oyunda hər beş qol ikinci hissədə vurulub.

Görüşün 46-cı dəqiqəsində Koke “Atletiko”nu hesabda önə keçirib - 0:1. Qoldan beş dəqiqə sonra Lionel Messi hesabı bərabərləşdirib - 1:1. Matçın 62-ci dəqiqəsində Antuan Qrizman köhnə komandasının qapısına yol taparaq “Barselona”nı hesabda irəli çıxardıb - 2:1.

Qarşılaşmanın 81-ci və 86-cı dəqiqələrində Madrid təmsilçisi ardıcıl iki qol vuraraq İspaniya Superkubokunun finalına yüksəlib. Alvari Moratta və Anxel Korea fərqləniblər.

Yanvarın 12-də Madridlilər finalda “Real Madrid” klubu ilə qarşılaşacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/301486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR