İspaniya Super Kubokunun finalında "Atletiko" "Real"la qarşılaşacaq

İspaniya Super Kubokunun finalında "Atletiko" "Real"la qarşılaşacaq
02:29 10 Yanvar 2020
103 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Barselona" İspaniya Super Kubokunun yarımfinal mərhələsində Madridin "Atletiko" klubuna 2:3 hesabı ilə məğlub olub.

Trend-in məlumatına görə, turnir Səudiyyə Ərəbistanında baş tutur.

"Barselona"nın heyətində Lionel Messi (51-ci dəqiqə) və Antuan Qrizmann (62), "Atletiko"da isə Koke (46-cı dəqiqə), Alvaro Morata (82-ci deqiqə, penalti) və Anxel Korrea (86-cı dəqiqə) fərqləniblər.

Finalda "Atletiko" digər yarımfinalda "Valensiya"nı 3:1 hesabı ilə məğlub edən Madridin "Real"ı ilə qarşılaşacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3175153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR